Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşirbackend

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb.

KONKRET.az xəbər verir ki, Aİ-də təxminən 2 trilyon avro təşkil edən növbəti yeddiillik büdcə ilə bağlı vahid mövqe yoxdur. Təxminən bir ildir davam edən danışıqlardan sonra da Avropa İttifaqı üzvləri kompromisdən uzaqdır.

İspaniyanın iqtisadiyyat naziri Karlos Kuерpo “Politico” qəzetində dərc olunan məqaləsində Aİ-nin ümumi xəzinəsinə əlavə yüz milyardlarla avro vəsait ayrılmasını, həmçinin Avropa İttifaqının pandemiyanın nəticələrinin aradan qaldırılması məqsədilə 2021-ci ildə üzərinə götürdüyü birgə borcun ödənilməsinin təxirə salınmasını təklif edib. Hazırkı plan Aİ ölkələrinin hökumətlərini borcların ödənilməsini sürətləndirməyə və növbəti büdcə dövründə hər il 25 milyard avro ayırmağa məcbur edir. Beləliklə, Kuерpo kənd təsərrüfatının, müdafiə sahəsinin maliyyələşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün ildə 11 milyard avronun sərbəst buraxılmasını təklif edir.

“Politico”nun məlumatına görə, onun təklifini Avropa Komissiyası və İtaliya, Fransa, Portuqaliya və Polşa da daxil olmaqla, getdikcə daha çox Aİ ölkəsi dəstəkləyir. Madridin hər iki təklifinə qarşı isə Almaniya, Danimarka, Niderland, Avstriya və Finlandiya liderləri çıxış ediblər. Onlar həmin gün “Politico”da dərc olunan birgə məqalədə mövqelərini açıqlayıblar.

“Maliyyələşmənin artırılması və borcun böyüdülməsi problemin həlli deyil, problemin özüdür”, – deyə onlar bildiriblər.

Aİ büdcəsinin təxminən 40 faizini təmin edən beş ölkənin liderləri məqalədə vurğulayıblar: “Biz sadəcə olaraq hər yeni prioriteti artıq mövcud olanlara əlavə edə və xərcləri vergi ödəyicilərinin üzərinə yükləyə bilmərik”.

Tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışan Avropa Şurasının sədri Antonio Koşta son bir ay ərzində Aİ-nin 25 ölkəsinə səfər edib. O, səfərlər zamanı hökumətlərlə Avropa İttifaqının növbəti büdcəsi ilə bağlı ən kəskin məsələləri müzakirə edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*