backend

"Dünyada yeni hərbi qarşıdurma yarana bilər" - Moskva-Tehran yaxınlaşmasına REAKSİYA

Rusiyanın İranla misli görünməmiş hərbi əməkdaşlığa başlaması dünyanın diqqətindən yayınmır. Tehran və Moskvanın yaxınlaşmasını təhlükə sayan ABŞ və Qərb, iki ölkə arasında baş verənləri diqqətlə izləyir. Hətta Pentaqon bundan narahatlığını da gizlətmir və alternativ addımların atılmasını vacib sayır. Bəs görəsən Rusiyanın İranla hərbi əməkdaşlığı Qərbə hansı təhdidlər yaradır? Ümumiyyətlə bu əməkdaşlığın Cənubi Qafqaz və xüsusən də Azərbaycan üçün hansısa təhlükəsi varmı?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, İran və Rusiya bir çox sahələrdə əməkdaşlıq edir: “Moskva və Tehran arasındakı hərbi əməkdaşlıq dünya dövlətləri üçün yeni bir hadisə deyil. Çünki Ukrayna müharibəsində bütün dünyadan fərqli olaraq İran öz pilotsuz uçuş aparatlarını Rusiyaya təqdim etdi. Bu gün də Tehrana məxsus bir sıra müdafiə sənayesi məhsullarının Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunduğuna açıq şahidlik edirik. Baş verən bu hadisələr çox böyük təəssüf hissi doğurur. Bu gün İran həm uranı zənginləşdirir, həm də nüvə proqramında geriyə dönüşlər etmir. Tehranın nüvə proqramını zənginləşdirməsi isə Rusiyanın iqtisadi maraqlarına xidmət edir. Çünki Tehran bu prosesi həyata keçirdikdən sonra beynəlxalq aləmin İranın daxilinə təsir imkanlarını bloklayacağını düşünür. Bunun nəticəsində əlbətə ki, növbəti hərbi qarşıdurma ehtimalları yarana bilər. Belə ki, Tehranın tam olaraq nüvə silahı əldə etməməsi üçün İsrail və Pentaqon İrana hərbi müdaxilə edəcəyini vurğulayır. Bu da dünyada yeni kataklizmlərə və neftin qiymətinin yüksəlməsinə səbəb olacaq. Bütün bunlar isə Rusiyanın Ukrayna müharibəsində itirdiyi iqtisadi mənfəətləri yenidən bərpa etməsi ilə nəticələnəcək”.

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Politoloq əlavə edib ki, Rusiya İranı hərbi mənada dəstəkləməklə əslində özünün ikiüzlü siyasətini ortaya qoyur: “Çünki Kreml İranın İsrail və ABŞ-la müharibəyə cəlb olunmasını arzulayır. Eyni zamanda Tehranı bu cür aqressiv ritorikada dəstəkləməklə prosesdən öz xeyrini güdmək istəyir. Həmçinin, İran öz hərbi sənaye məhsullarını Rusiyaya dəyər-dəyməzə satır. Dünyanın heç bir hərbi praktikasında sınaqdan keçirilməyən bu uğursuz silahlar isə Rusiya ordusunda “at oynadır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*