Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatlar əks etdirir.
Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb.
Eyni zamanda siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb.
“U.S. News and World Report” Azərbaycan haqqında digər məlumatları da təqdim edib.
Qeyd edilir ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya Müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub.
Əhalinin əksəriyyəti etnik azərbaycanlılardır. Vətəndaşların əksəriyyəti müsəlman olsa da, Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Azərbaycan Prezident Respublikası hesab olunur.
Ölkə təbii ehtiyatlarla zəngindir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Azərbaycan yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malik gəlirli ölkə hesab olunur.
Qeyd edək ki, Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Ermənistan və Gürcüstan siyahıda yer almayıb.(report)
Ordu nedir, ordunu Azərbaycanda sayan var? Ali baş komandan üzre neçenci yerdeyik onu yazın? Yuxarılarda oturanlara o lazımdır ancaq. Siyahı zad da boş şeydi. Türkiye ve Azerbaycan orduları en güçlü ordulardır. Azerbaycan ve Türkiye bunu herbı yarışlarda sübut etdi.