“Dünyanın heç bir ölkəsi belə bir zərbəyə tab gətirə bilməzdi” – Peskovbackend

"Dünyanın heç bir ölkəsi belə bir zərbəyə tab gətirə bilməzdi" - Peskov

“Rusiya hakimiyyəti 2022-ci ildə misli görünməmiş sanksiyaların tətbiqindən sonra ölkəni təhdid edən iqtisadi çöküşün qarşısını ala, hətta artıma keçə bildi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Çökmə təhlükəsi var idi, biz həqiqətən də bu çöküşün qarşısını almaq üçün bütün resursları və daxili qüvvələri səfərbər etməli idik”, – deyən Kreml nümayəndəsi o zaman Rusiya iqtisadiyyatının görünməmiş sanksiyaların yükü altında qaldığını qeyd edib.

Peskov bildirib nəzəri cəhətdən dünyanın heç bir ölkəsi belə bir zərbəyə tab gətirə bilməzdi.

Peskov qeyd edib ki, rəhbərliyin qərarları və Rusiya hökumətinin işi sayəsində vəziyyəti sabitləşdirmək və iqtisadi artımı təmin etmək mümkün olub.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*