Ələtdə torpaq 50 faiz bahalaşdı – Qiymətlər niyə artır?backend

Ələtdə torpaq 50 faiz bahalaşdı - Qiymətlər niyə artır?

Ələtdə torpağa maraq son illərdə ciddi şəkildə artıb. Bunun əsas səbəbləri ərazinin liman, Ələt Azad İqtisadi Zonası və mühüm nəqliyyat dəhlizlərinə yaxınlığıdır.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, 2022-ci ildə Ələtin Kötəl massivində 6 sot torpaq 12 min manata, yəni sotuna 2 min manata təklif olunub. 2023-cü ildə 7 sot torpaq 17 min manata – sotuna 2 428 manata satışa çıxarılıb.

2025-ci ildə isə Ələtin Şıxlar massivində 5 sot torpaq 11 min manata, yəni 2 200 manat/sot qiymətinə təklif edilib. 2026-cı ildə isə limana və Ələt Azad İqtisadi Zonasına yaxın 5 sot torpaq üçün 15 min manat, yəni 3 000 manat/sot tələb olunur.

Beləliklə, müqayisə etdiyimiz elanlarda 2022-ci ildən 2026-cı ilə qədər bir sotun qiyməti 2 000 manatdan 3 000 manata yüksəlib. Bu, 50 faiz artım deməkdir.

Amma Ələtdə qiymətlər eyni deyil. Böyük sahələrdə bir sotun qiyməti daha aşağı ola bilər. Məsələn, 2026-cı ildə 123 sot torpaq 70 min manata, 520 sot isə 320 min manata təklif edilib. Bu sahələrdə bir sotun qiyməti müvafiq olaraq 569 və 615 manat təşkil edir.

Qiymət fərqinin əsas səbəbləri torpağın yerləşdiyi ərazi, sənədləri, təyinatı, yola çıxışı və limanla Ələt Azad İqtisadi Zonasına yaxınlığıdır.

Ələtin üstünlüyü isə ondadır ki, ərazi artıq yalnız yaşayış məntəqəsi kimi deyil, logistika, sənaye və biznes mərkəzi kimi inkişaf edir. Bu da torpağı investorlar üçün daha cəlbedici edir. Əgər ərazidə logistika və sənaye layihələri genişlənərsə, xüsusilə əsas yollara, limana və iqtisadi zonaya yaxın torpaqlara tələbin daha da artması mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*