Albaniyada bir presedent baş verib: vəzifəyə təyin olunan ilk süni intellekt–nazir Diella 14 bitkoin həcmində rüşvət almaqda ittiham edilərək “həbs edilib”.
KONKRET.az xəbər verir ki, dövlət satınalmalarına və sürətli avtomobil yollarının tikintisi üzrə tenderlərin optimizasiyasına cavabdeh olan İİ-nazir korrupsiya qalmaqalının fiqurantına çevrilib. Onun süni intellektdən ibarət müdafiəçisi isə baş verənləri “korrupsiya deyil, sadəcə stres-test” adlandırır.
Korrupsiya ilə mübarizə üçün yaradılan Diella cəmi bir neçə aylıq fəaliyyətindən sonra təkcə qalmaqala qarışmayıb, hətta “hamilə qalıb” — baş nazir Edi Ramanın dediyinə görə, bu ifadə parlament üçün 83 virtual köməkçinin işə salınmasına işarədir. Bu gözlənilməz “status” süni intellektin dövlət strukturlarına inteqrasiyasının rəmzi mərhələsinə çevrilib.
Hazırda İİ-nazirin taleyi müzakirə olunur — qeyri-rəsmi məlumatlara görə, ona şəbəkədən ayrılma cəzası verilə bilər ki, bu da “istefa” və ya “rozetkadan çıxarılma” ilə müqayisə olunur.
Ağagül Mürsəlov,
KONKRET.az
