Düşmən hücumları nəticəsində verilən mülki itkilərimiz açıqlandı – RƏSMİbackend

Düşmən hücumları nəticəsində verilən mülki itkilərimiz açıqlandı - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 31 mülki şəxs həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 171 nəfər yaralanıb.

“1137 ev, 146 mülki obyekt və 45 yaşayış binası yararsız vəziyyətə düşüb”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*