Düşmən Tərtəri atəşə tutdu: Dəfndə iştirak edən 3 mülki şəxs həlak oldu, 3-ü yaralandıbackend

Düşmən Tərtəri atəşə tutdu: Dəfndə iştirak edən 3 mülki şəxs həlak oldu, 3-ü yaralandı

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq Azərbaycanın mülki əhalisinin atəşə tutmağa davam edir.

KONKRET.az xəbər verir ki, ermənilər bu gün Tərtərə növbəti dəfə ağır artilleriya vasitəsilə  top mərmisi atıb.

Nəticədə qəbiristanlıqda dəfn mərasimində iştirak edən 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı cavab tədbirləri görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*