Təyyarə yanğınsöndürən maşınla toqquşdubackend

Təyyarə yanğınsöndürən maşınla toqquşdu

Almaniyada sərnişin təyyarəsi uçuşa hazırlaşarkən yanğınsöndürən maşınla toqquşub.

KONKRET.az xəbər verir ki, hadisə sentyabrın 30-da axşam saatlarında Almaniyanın cənubundakı Fridrixshafen hava limanında baş verib.

Antalyaya uçuş həyata keçirən “Corendon Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi uçuş-enmə zolağına doğru hərəkət edərkən dönməyə başlayıb və həmin ərazidə dayanmış yanğınsöndürmə xidmətinin avtomobilinə çırpılıb. Bu barədə SWR telekanalı məlumat yayıb.

Sərnişinlərdən birinin sözlərinə görə, toqquşma təyyarənin hərəkətə başlamasından cəmi 6 saniyə sonra baş verib.

Hadisə nəticəsində təyyarənin sol qanadı ciddi zədələnib. Xəsarət alan olmayıb. Dəymiş ziyanın təxminən 300 min avro olduğu bildirilir.

Sərnişinlər təyyarəni tərk etməli olublar. Təxminən beş saat sonra onlar ehtiyat təyyarə ilə Türkiyəyə uça biliblər.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*