Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlandıbackend

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlandı

Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 3 iyun – 30 sentyabr 2026-cı il tarixlərində imtahanın şifahi müsahibə mərhələləri keçirilib.

KONKRET.az xəbər verir ki, kollegiyanın mətbuat xidmətindən verilən məlumata görə, müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 88 vəkilliyə namizəd iştirak edib.

İmtahanların nəticələrinə əsasən, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 70 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.

Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi oktyabrın 5-də saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*