“DXR”də əcnəbi muzdluların edam edilməsi üçün YER HAZIRLANDI – VİDEObackend

"DXR"də əcnəbi muzdluların edam edilməsi üçün YER HAZIRLANDI - VİDEO

“DXR”də əcnəbi muzdluların edam edilməsi üçün yer hazırlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “DXR” rəhbəri Denis Puşilin məlumat verib. Puşilin bildirib ki, icra xidməti muzdluların edamı üçün yer hazırlayıb.

“DXR”in “icra xidməti” artıq əcnəbilərin edamına hazırlaşır.

Qeyd edək ki, İyunun 9-da “DXR”in qondarma məhkəməsi tərəfindən 48 yaşlı britaniyalı Şon Pinner, onun 28 yaşlı həmyerlisi Aiden Aslin və 21 yaşlı mərakeşli Saadun Brahimi muzdluluqda və hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirli bilinib.

Onların hər üçü edam cəzasına məhkum edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*