Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi – SƏRƏNCAMbackend

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Ədliyyə orqanlarına qulluğa qəbul qaydalarına dəyişiklik edildi.

Prezident İlham Əliyev “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, dəyişikliyə əsasən, 2007-ci il 13 dekabr tarixli fərmanla təsdiq edilmiş Əsasnamənin 1.10-cu bəndinə “və” sözündən sonra “dövlət” sözü əlavə olunub.

Qərar “Xüsusi icra məmurları haqqında” qanunun icrası ilə əlaqədar qəbul edilib. Fərmanla Nazirlər Kabinetinə və aidiyyəti qurumlara qanundan irəli gələn məsələlərin həlli tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*