Əfqanıstanın Bəlx vilayətində beynəlxalq hava limanının iki əməkdaşı avtobusa silahlı hücum nəticəsində həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə Əfqanıstanın “KabulNews” telekanalı məlumat yayıb.
Əyalətin inzibati mərkəzi – Məzari-Şərif şəhərinin hava limanının əməkdaşları iş günündən sonra evə qayıdarkən xüsusi avtobusda silahlı basqın edilib.
Daha 7 nəfərin yaralandığı bildirilir.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
