Əfqanıstanda bankda partlayış olubbackend

Əfqanıstanda bankda partlayış olub

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində yerləşən “New Kabul Bank”ın filialında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.

Partlayışın baş verdiyi bank filialının Qəndəhar polis qərargahının yaxınlığında yerləşdiyi bildirilir.

Qeyd olunub ki, partlayış ölkəyə rəhbərlik edən “Taliban”ın üzvləri banka toplaşarkən olub.

“Taliban” arasında itkilərin olduğu iddia edilsə də, onların dəqiq sayı bilinmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*