Əfqanıstanda İŞİD terrorçularının SAYI ARTDIbackend

Əfqanıstanda İŞİD terrorçularının SAYI ARTDI

Rusiya prezidentinin xüsusi nümayəndəsi Zamir Kabulov Əfqanıstanda İŞİD yaraqlılarının sayının artmasından danışıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Əfqanıstanda İŞİD terrorçularının sayının artdığını açıqlayıb:

“Onların təxmini sayı 6 minə çatıb. Xatırlayırsınızsa, Taliban hakimiyyətə gəldikdən və İŞİD-ə qarşı sərt addımlar atdıqdan sonra onların sayı 2 minə yaxın idi”, – Kabulov vurğulayıb.

O qeyd edib ki, söhbət 3 dəfəyə yaxın artımdan gedir. Bu, Əfqanıstandakı inkişafın qarşısını alan ən mənfi tərəfdir.

Kabulov əlavə edib ki, İŞİD Əfqanıstanda və qonşu ölkələrdə sabitliyi pozmağa çalışır.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Əfqanıstanda İŞİD terrorçularının sayının artması ilə bağlı narahatlığını ifadə edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*