Əfsanəvi bakılı Rixard Zorge yenidən Rusiyada dəfn oluna bilər – FOTObackend

Əfsanəvi bakılı Rixard Zorge yenidən Rusiyada dəfn oluna bilər - FOTO

Əfsanəvi bakılı kəşfiyyatçı Rixard Zorge yenidən Rusiyada dəfn oluna bilər.

KONKRET.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu bu gün Sergey Lavrov deyib. O bildirib ki, Moskva Tokio ilə İkinci Dünya Müharibəsi zamanı Yaponiyada işləmiş sovet kəşfiyyatçısı Rixard Zorgenin dəfni məsələsinin həllini axtarır.

“Rixard Zorge yenidən Saxalinin cənubunda və ya Kuril silsiləsində dəfn oluna bilər”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva əfsanəvi kəşfiyyatçının hazırda dəfn olunduğu Yaponiyadan onun məzarı ilə bağlı məsələnin yekun müsbət həllinə çalışır.

Yaponiyada Zorgenin məzarının üstündəki daşın üzərində yapon dilində yazılıb ki, “Burada sülh uğrunda mübarizədə həyatını qurban vermiş müharibə qəhrəmanı yatır”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*