Əhalinin nəzərinə: günvurmadan qorunun…backend

Əhalinin nəzərinə: günvurmadan qorunun...

Hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

Onun sözlərinə görə, həftə sonunadək Abşeron yarımadasında havanın temperaturunun 37-40 dərəcə olacağı gözlənilir.

“Yüksək temperatur, durğun hava şəraitində bürkü yarana bilər. Şəhər mühitində gecə saatlarında havanın temperaturunun normadan yüksək olacağı gözlənilir. Bu günlərdə tez-tez maye qəbul etmək, baş örtüklərindən, çətirlərdən istifadə edərək günvurmadan qorunmaq lazımdır”, – xidmət rəisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*