Məlum olduğu kimi, ölkədə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam edir və bu dönəmdə maddi durumu çətinləşən aztəminatlı ailələrə dövlət, ayrı-ayrı strukturlar və insanlar tərəfindən yardım edilməkdədir.
KONKRET.az xəbər verir ki, ötən gün Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi də maddi vəziyyəti aşağı olan insanlara yardım edib. Mərkəzin rəhbəri Əntiqə Rzayevanın təşəbbüsü ilə təşkil olunan yardım aksiyası nəticəsində şəhərin ayrı-ayrı ərazilərində onlarla aztəminatlı ailə ərzaq payı ilə təmin edilib.
Belə ağır dönəmdə vətəndaşlarımızın bir-birinə əl tutmalarının vacibliyini deyən Əntiqə xanım bu çətinliklərin müvəqqəti olduğunu və tezliklə həyatın öz axarına düşəcəyinə əminliyini bildirib.