Əhməd Hüseynovun bəraət hökmündən protest verildibackend

Əhməd Hüseynovun bəraət hökmündən protest verildi

Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun bəraət alması ilə bağlı qərardan protest verilib.

KONKRET.az xəbər verir ki, Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə,  prokuror hökmün işin faktiki halları ilə uyğun olmadığını hesab edir.

Qeyd edək ki, Ə.Hüseynova 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etmək, habelə rəsmi sənədləri saxtalaşdırmaqla bağlı ittiham verilib.

İş Bakı Ağır Cinayətlər Məhəməsində araşdırılıb. Hakim Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət hökmü çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*