“Jurnalist vəsiqəsinin verilməsi “Media haqqında” qanunda nəzərdə tutulur. Xahiş edirəm ki, media subyektləri “vahid” sözünü jurnalist vəsiqəsi sözünün qarşısında istifadə etməsinlər”.
KONKRET.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Media Reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir maneə olmayacaq:
“Vəsiqə sadəcə olaraq jurnalist vəsiqəsi adlanır”.
