“Əjdər Cəbiyev mənə hədə-qorxu gəldi” – Səlim Müslümovun MƏHKƏMƏSİNDƏNbackend

"Əjdər Cəbiyev mənə hədə-qorxu gəldi" - Səlim Müslümovun MƏHKƏMƏSİNDƏN

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim hakim Faiq Qəniyevin icraatında baş tutan prosesdə Gəncə və Mingəçevir şəhərlərində şəhid ailələri, aztəminatlı ailələr üçün dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi epizodları üzrə şahidlər ifadə verib.

Taleh Ələkbərov bildirib ki, Gəncə şəhərində olan mənzilini 36 min manata satıb. Onun sözlərinə görə, Kamil adlı şəxsin vasitəsi ilə evini nazirliyin işçilərinə alqı-satqı yolu ilə verib:

“Mənə dedilər ki, mənzil şəhid ailəsinə verilməsi üçün alırlar. Sənəddə əlavə ödəniş olunmuşdu, onu mənzilin təmiri üçün nəzərdə tutulduğunu dedilər. Mənə sənədə imza etməyi dedilər, məndə imza etdim. Sənəddə nə qədər pul yazıldığını bilməmişəm”.

Digər şahid Ulduzə Verdiyevanın sözlərinə görə, 3 otaqlı mənzilini nazirliyin işçilərinə 36 min manata satıb.

Gülnisə Həşimovanln sözlərinə görə, Gəncə şəhərində üç otaqlı mənzili olub: “Həmin mənzili 31 min manata satıb. Sonradan bildim ki, alqı-satqı sənədlərində mənzil 51 min manata satılıb. Dedim ki, kaş həmin pulu da mənə verərdilər.

Digər şahid Hüseyn Məmmədov bildirib ki, Gəncə şəhərində mənzillərin alqı-satqısı ilə məşğul olur:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhər şöbəsinin rəisi Nizam Əhmədov məni yanına çağırdı. Dedi ki, şəhid ailələri üçün mənzillər alırlar. Məndən bu işdə köməkliyin istədi. Daha sonra Nizam Əhmədovun Vüqar adlı işçisi ilə əlaqə saxladım. Özündə olan evləri, həmçinin tanışlarımdan olan evləri onlara göstərdim. Onlarda razılaşmadan sonra evləri müəyyən razılıq əsasında alıblar. Nazirliyin işçiləri deyiblər ki, alqı-satqı sənədlərində təmir üçün əlavə pullar nəzərdə tutulub. Mən mənzillərin sahiblərinə verilən pullarla bağlı cavabdeh olmuşam”.

Elmar Səmədov isə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan ikimərtəbəli obyektin özəlləşdirilməsi üçün nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevlə görüşüb:

“Obyektin özəlləşdirilməsi üçün 50 min manat istədilər. Mən məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə həll etmək istəyirdim. Əjdər Cəbiyev dedi ki, 50 min manata özləri bütün məsələləri həll edir. Mən də razılaşdım, 50 min manatı Əjdər Cəbiyevə verdim. Amma nə obyekti özəlləşdirib mənə verdilər, nə də pulumu qaytardılar”.

Şahid Zaman Səmədov isə bildirib ki, 2014-cü ildə Masazırda 65 sot torpaq sahəsi alıb:

“Həmin sahəni özəlləşdirdim. Dedilər ki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlilləri üçün ev tikməyə torpaq axtarır. O vaxt nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev idi. Əjdər Cəbiyevlə görüşdüm. Əjdər Cəbiyev dedi ki, 50 min manata alırıq. Razılaşdıq, 10 min manat verdi, dedi qalanını sonra verəcəyik. Amma vermədilər. Əjdər Cəbiyev dedi ki, Səlim Müslümov narazılıq edir, 50 min çoxdur. Mən torpağımı geri istədim, vermədilər. Mən Səlim Müslümovu heç vaxt görməmişəm”.

Növbəti proses sentyabrın 19-da davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.
Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Fariz Məlikli,

KONKRET.az

  • Tahir Qasımov
    Sentyabr 12, 2022 - 20:03

    S.Müslümov fonda sədr olandan 3-4 ay sonra Əjdər Ol (ləqəbi Öl) fondun bütün işçilərindən “yenidən” işə qəbul adı ilə hallı halına görə 2000-20000 dollar qarşılığında “işə qəbul” etdi.Əjdər olduqca qəddar, görməmiş, qaniçən alçaq birisidir. Səlimin keyf məclislərində özünün latayır şerləri ilə onun sevimlisinə çevrilmişdi. Gəlirin 15 faizi ona çatsa da dələduzluğu ilə əslində 30-35 faiz ona qalırdı.Çünki Səlim xırdalıqlara varmırdı. Hər 6 ayda bir bəhanə ilə bütün şöbələrdə pul yığırdı. Məhkəmədəkilər epizodlar olacaq. Reallıqda bundan on qatarla artığını mənimsəyiblər. Əjdər faktiki bütün məsələlərdə ikinci şəxs idi.Amma faktiki qazancı bəlkə də səlimdən çox idi. Bu hakimiyyətə patoloji nifrəti vardı amma fondun YAP sədri idi….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*