Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadıbackend

Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadı

“Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov məhkəməyə buraxılmayıb.

KONKRET.az xəbər verir ki, vəkil iclasda iştirak etmək istəsə də, onun zala daxil olmasına imkan verilməyib.

Bundan əvvəlki iclasda isə vəkil məhkəməyə gecikdiyi üçün prosesə buraxılmayıb.

Xatırladaq ki, Elçin Sadıqov bir müddət əvvəl “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub.

Vəkil Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*