Elektriklə işləyən təyyarələr bu tarixdən istifadəyə veriləcəkbackend

Elektriklə işləyən təyyarələr bu tarixdən istifadəyə veriləcək

“Tamamilə elektrik enerjisi ilə işləyəcək təyyarələr 2035-ci ildə istifadəyə veriləcək. Təyyarələr əsasən, kiçik ölçülü olacaq”.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə P.İ.Baranov adına Rusiya Mərkəzi Aviasiya Mühərrikqayırma İnstitutunun baş direktoru Mixail Qordin məlumat verib.

M.Qordin bildirib ki, müxtəlif tədqiqatlara əsasən, 2035-2040-cı illərə qədər sərnişin yeri 19-dan çox olmayan təyyarə və helikopterlər tamamilə elektrikli olacaq.

Eyni zamanda, dörd sərnişin daşıyacaq “uçan taksilər” də elektrik enerjisi ilə işləyə biləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*