Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, idarəetmədən çıxan “BMW X5” markalı minik avtomobili yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin ölüb, sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
