Ruslar kütləvi zərbəyə hazırlaşır, məlumatımız var…backend

Ruslar kütləvi zərbəyə hazırlaşır, məlumatımız var...

Bu gün kəşfiyyatdan rusların kütləvi zərbəyə hazırlaşması ilə bağlı yenilənmiş məlumat aldıq.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 6-da hökumət rəsmiləri, hərbçilər və güc strukturların rəhbərləri ilə keçirdiyi müşavirədən sonra deyib.

“Qarşı tədbirlər hazırlayırıq. Tapşırıqların əhəmiyyətli hissəsinin icra müddətləri müəyyənləşdirilib, ilkin tədbirlər artıq həyata keçirilir”, – Zelenski bildirib.

Onun sözlərinə görə, müşavirədə hava hücumundan müdafiə vasitələrinin bölüşdürülməsi və mühüm obyektlərin müdafiəsi üçün mövqelərin təşkili məsələləri də müzakirə olunub.

Zelenski bildirib ki, F-16 qırıcıları üçün zəruri sursat, ələkeçirmə vasitələri və əks-raketlər təmin edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*