Həbs olunan erməni generala qarşı ittiham irəli sürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Ona hərbi xidmətdə səhlənkarlıq və ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma maddələri ilə ittiham sürülüb.
Xatırladaq ki, Arzumanyan Qarabağdan İrəvana gedən yolda tutulub.
***
14:54
Qarabağ separatçılarının keçmiş komandiri həbs edilib.
KONKRET.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Qarabağdan Ermənistana gedərkən Qarabağdakı erməni separatçılarının keçmiş komandanı, indiki “prezident”in baş müşaviri, general-mayor Mikael Arzumanyan tutulub.
Məlumata görə, o, Ermənistan İstintaq Komitəsinin Hərbi İdarəsinin müstəntiqlərinin göstərişi ilə tutularaq nəzarətə götürülüb.
Qeyd edək ki, Mikael Arzumanyan Xankəndidə doğulub. 1991-1995-ci illərdə rota komandirinin müavini, batalyon komandiri, alay komandiri. 1995-1999-cu illərdə ayrıca kəşfiyyat batalyonuna komandirlik edib. Füzuli, Ağdərə, Əsgəran, Kəlbəcər rayonlarını işğal və qırğınlarında yaxından iştirak edib.
Xuraman Etibarlı,
KONKRET.az
