Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşdübackend

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşdü

Baş nazir Əli Əsədov bu gün BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzla görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycanla BP şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olunub, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*