Əli Əsədovla Mixail Mişustin arasında telefon danışığı oldubackend

Əli Əsədovla Mixail Mişustin arasında telefon danışığı oldu

Rusiyanın baş naziri Mixail Mişustin və onun azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Mişustin və Əsədov söhbət zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsi, o cümlədən nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan əlavə, iki ölkənin baş nazirləri qarşıdakı təmasların cədvəlini müəyyən ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*