Əli Həsənovdan həbs olunması barədə xəbərə REAKSİYAbackend

Əli Həsənovdan həbs olunması barədə xəbərə REAKSİYA

Prezident Administrasiyasının sabiq şöbə rəisi Əli Həsənov həbs edilməsi barədə mediada yayılan məlumata münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Ə.Həsənov Almaniyadan Azərbaycanda qayıdarkən saxlanılması barədə deyilənləri yalan adlandırıb:

“Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda, “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar.

Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*