İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranın ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını bildirib.
KONKRET.az xəbər verir ki, o, sosial media hesabında yazıb: “ABŞ ilə danışıqlar aparmayacağıq”.
Laricani ABŞ prezidenti Donald Trampın “yalançı ümidləri” ilə “bölgəni xaosa sürüklədiyini” və “indi Amerikanın daha çox hərbi itkisindən narahat olduğunu” qeyd edib.
Xatırladaq ki, “The Atlantic”ə verdiyi müsahibədə Tramp İran rəhbərliyinin ABŞ-İsrail hücumlarından sonra danışıqlara hazır olduğunu və dialoq təklifini qəbul etmək niyyətində olduğunu bildirib.
