Əlillik dərəcəsi olan şəxslər hansı halda işləyə bilərlər? – VACİB AÇIQLAMAbackend

Əlillik dərəcəsi olan şəxslər hansı halda işləyə bilərlər? - VACİB AÇIQLAMA

Fiziki məhdudiyyətdən və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır. Şəxs qanunvericiliyə uyğun olaraq müəyyən həkim rəyinə əsasən əlil sayılır və bununla bağlı ona  əlillik vəsiqəsi verilir. Əlillərə sosial yardım dövlət büdcəsi, eləcə də dövlət büdcəsinə müəssisələrin, təşkilatların və vətəndaşların ödədikləri cərimələr və könüllü verdikləri ianələr hesabına verilir. Əlillərə qarşı ayrı-seçkilik etmək qadağandır və onların lazımi həyat şəraitinin təmin edilməsi Azərbaycan Respublikasının Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında qanunula tənzimlənir.

Maraqlıdır əlillik dərəcəsi olan şəxs işləyə bilərmi? İşləmək hüququ və imkanları necə tənzimlənir?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, Əmək Məcəlləsinin tələblərinə əsasən sağlamlıq imkanları 61-100 faiz pozulmuş şəxslərə əmək funksiyaları daxilində işlərin verilməsi mütləq şəkildə tələb olunur.

Hüquqşünas Ramil Süleymanov: “Sumqayıtda söküntü aparan şirkət sakinləri  qorxudur” | Sumqayit24.az

“Bu, heç bir halda ayrı-seçkiliyə səbəb olmur. Ümumiyyətlə, Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən peşə vəzifələrini yerinə yetirən şəxslərə əməyin təhlükəsizliyi ilə bağlı hər hansı toxunmalar mümkün olarsa, onun başqa işə keçirilməsinə icazə verilir. 3-cü qrup əlillər yaşa görə pensiyaya çıxdığı halda, onlarla bağlı əmək müqaviləsinə dərhal xitam verilir. Qısaldılmış iş saatıında çalışırlar. Məcəllənin 91-ci maddəsinə əsasən, həftəlik iş norması 36 saatdan çox olmamalıdır. Belə şəxslərə illik 42 təqvim günündən az olmayaraq əmək məzuniyyəti təqdim olunur.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*