Əliqismət Lalayev işdən çıxarıldı – YENİ TƏYİNATbackend

Əliqismət Lalayev işdən çıxarıldı - YENİ TƏYİNAT

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.

KONKRET.az APA-ya istinadən bildirir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, bu vəzifəyə Aqil Bəhramlı təyinat alıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*