Misirli idmançı əlləri qandallı vəziyyətdə 11 km məsafəni üzərək yeni dünya rekordu vurub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı Şehab Əllam bu nailiyyəti ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Belə ki, o, amerikalı üzgüçü Benjamin Katzmanın 2021-ci ildəki rekordunu qırıb. Misirli bu məsafəni altı saata qət edib.
“Çempion olmağım mənə super qəhrəman olduğumu hiss etdirir. Bu, məni daha da həvəsləndirir”, – deyə Şehab etiraf edib.
İqbal Rzayev,
KONKRET.az
