Elməddin Cəfərovdan haqqında yayılan xəbərlərə REAKSİYAbackend

Elməddin Cəfərovdan haqqında yayılan xəbərlərə REAKSİYA

Bəzi sosial şəbəkə vasitələrində tanınmış aktyor Elməddin Cəfərovun ölüm xəbəri yayılıb. Belə ki, sənətçinin fotosundan istifadə edərək “TikTok” sosial şəbəkəsində guya vəfat etməsi ilə bağlı paylaşım edilib.

KONKRET.az xəbər verir ki, News24.az məsələ ilə bağlı aktyorun özü ilə əlaqə saxlayıb. E. Cəfərov açıqlamasında bildirib ki, bu paylaşımlar reytinq üçün edilir:

“Hansısa şərəfsiz paylaşıb. Nə etmək olar? “Like” və şərhə görə edirlər. Mənim özümün də bundan xəbərdaram. Bir az əvvəl dostlarım atmışdı. Düzgün deyil. Reytinq üçün belə şeylər etməyə gərək yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*