ABŞ-ın məşhur “Rok-n-roll” kralı Elvis Preslinin həyat yoldaşı Priscilla ilə bal ayını keçirdiyi Palm Springsdəki (Kaliforniya) evi 5,65 milyon dollara satılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, beşbucaqlı hovuzu, dairəvi otaqları olan malikanə təxminən 1960-cı ildə tikilib. Presli 1966-cı ildə Priscilla Vaqnerlə evlənməzdən əvvəl orada təxminən bir il onunla birlikdə yaşayıb. Ev iki illik təmirdən sonra bu ilin oktyabrında hərraca çıxarılıb.
Qeyd olunub ki, malikanəni qadın idman geyimlərinin istehsalı üzrə şirkətin keçmiş sahibi Nensi Sirilon alıb. Alıcı bildirib ki, onu binanın məşhur musiqiçi ilə əlaqəsi yox, memarlığı maraqlandırıb.

İqbal Rzayev,
KONKRET.az
