“Mən istərdim ki, teatrda çıxış edim. Amma bu yaşda aktyor və aktrisalara teatrda “əlvida” deyirlər. Onları pensiyaya göndərirlər. Düşünürəm ki, aktyor və aktrisanı pensiyaya çıxarmazlar”.
KONKRET.az “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva “Göstərir radio” verilişində deyib. Sənətçi çalışmaq istədiyi teatrdan da söhbət açıb:
“Bəzən sənət yoldaşlarıma deyirəm yaxşı ki, zamanında teatrdan çıxıb getdim. Məni heç kim məni çıxarmadı, özüm getdim. Amma imkan versəydilər və şərait yaratsaydılar, işləyərdim. Amma məni orada görə bilmədilər və sağollaşdılar. Bilirsiniz harada darıxıram? Hər il Şəkidəki teatra gedirəm. O səhnənin elə bir ecazkar qüvvəsi var ki, orada halım xarab olur. Həmin səhnədə bir rolu canlandırmaq istəyirəm”.