“Əmin edirəm ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” – Saqatelyan ÇƏRƏNLƏDİbackend

"Əmin edirəm ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq" - Saqatelyan ÇƏRƏNLƏDİ

Mən Qarabağ xalqının “qalib ruhu”na inanıram və əmin edirəm ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Daşnaksütyunun 132-ci ildönümünə həsr olunmuş tədbirdə “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib.

“Bu gün bizim üçün adətən bayram idi. Erməni İnqilabi Federasiyasının (Daşnaksütyun) yarandığı gündür. Təəssüf ki, bu gün belə deyil.  Çünki o da yaralanıb, narahatdır. Vətən parçalanıb, Qarabağın böyük hissəsi düşmənin nəzarəti altındadır və düşmən qoşunları da bu gün Ermənistanın suveren ərazisindədir.

Aydındır ki, bu, erməni xalqının tarixində çox çətin və taleyüklü bir mərhələdir. Mən əminəm ki, biz ümumerməni potensialı və birliyi ilə kiməsə qarşı deyil, birlik naminə birlikdəyik. Qarabağ, Ermənistan və Ermənistan dövlətçiliyi, bu düsturun köməyi ilə biz birlikdə yaradılmış vəziyyətdən çıxa biləcəyik”, – deyə Saqatelyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*