Emin Əmrullayev onu işdən çıxardı – YENİ TƏYİNAT / FOTObackend

Emin Əmrullayev onu işdən çıxardı - YENİ TƏYİNAT / FOTO

Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri səlahiyyətlərinin icraçısı vəzifəsindən azad olunub.

KONKRET.az xəbər verir ki, elm və təhsi naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ağayev Ağaxan Çapar oğlu vəzifəsindən kənarlaşdırılıb.

Nazirin digər əmri ilə bu vəzifəyə müvəqqəti olaraq Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışmış İlkin Zeynalov gətirilib.

Qeyd edək ki, Ağanxan Ağayev Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib. O, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Cəsur döyüşçü” medalına layiq görülüb./Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*