Emin Əmrullayev: “Səsyazısı yayılan direktora şans verdik“ – FOTObackend

Emin Əmrullayev: “Səsyazısı yayılan direktora şans verdik“ - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə danışıb.

Nazir məktəb direktorları ilə bağlı həmişə narazılıq olduğunu qeyd edib:

“Düşünürəm ki, bundan sonra da olacaq. Bir hal olmuşdu ki, 45 nömrəli məktəbin direktoru başqa məktəbə təyin edilib. Direktor təyin olunanda uyğun məktəbi tapmağa çalışırıq. Məktəbin nəticəsinin aşağı getməsi həmişə direktorla bağlı olmaya bilər. Direktorla bağlı neqativ hallar olanda araşdırılır. Dəfələrlə olub ki, məktəblərdə problem olub və biz direktoru işdən azad etməmişik. Çünki araşdırma zamanı məlum olub ki, problem birbaşa onunla bağlı olmayıb. Bu baxımdan biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ona növbəti şans vermək səhv qərar deyil. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Düşünürəm ki, bu məsələdə ictimaiyyət Nazirliyin qərarını anlayışla qarşılayacaq”.

“Səsyazısı yayılan direktora şans verdik“ - Emin Əmrullayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*