Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü – FOTObackend

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

Azərbaycanlı kriminal avtoritet, “Agbaş Qalib ”, “Qalib Gəncinskıy” ləqəbi ilə tanınan Qərib Həsənov Rusiyanın Soçi şəhərində dünyasını dəyişib.

KONKRET.az bildirir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, Qərib Həsənov 23 avqust 2026-cı ildə ailəsi ilə birgə Rusiyanın Soçi şəhərinə dincəlmək üçün gedib.

Elə həmin gün Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 24 avqust 2026-cı il tarixində Qərib Həsənovun saxlanıldığı polis məntəqəsində səhhətində ciddi problem yaranıb. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da o həyatını itirib.

İddia edilir ki, həmin vaxt Qərib Həsənova dozadan artıq ağrıkəsici vurulduğu üçün həyatını itirib.

1976-cı il təvəllüdlü Qərib Həsənov bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində dəfn edilib.

İddialara görə, mərhum postsovet məkanında kriminal aləmində “Şakro Molodoy” kimi tanınan qanuni oğru Zaxari Kalaşovun yaxın dostlarından biri imiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*