İspaniyada muzeydən Tunc dövrünə aid ən mühüm qızıl məmulat kolleksiyalarından biri – məşhur Vilyena Xəzinəsi oğurlanıb, bu barədə El País qəzeti məlumat yayıb.
KONKRET.az xəbər verir ki, oğurluq nəticəsində 59 tarixi artefakt itib.
Soyğunçular diqqəti yayındırmaq üçün hiylədən istifadə ediblər.
Belə ki, səhər tezdən hüquq-mühafizə orqanlarına idman mərkəzlərindən birində oğurluq cəhdi barədə məlumat daxil olub və polis həmin ünvana yollanıb.
Elə bu vaxt oğrular şəhər muzeyinə daxil olaraq qiymətli eksponatları oğurlayıblar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
