Orta Asiyada SENSASİYA – Novruz bayramı kütləvi şəkildə qeyd ediləcəkbackend

Orta Asiyada SENSASİYA - Novruz bayramı kütləvi şəkildə qeyd ediləcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan Prezidenti Emoməli Rəhmon 22 Martda Xucanda keçiriləcək Novruz şənliklərində iştirak edəcək.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Düşənbədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və ölkənin ictimaiyyət nümayəndələri bayram tədbirinə dəvət olunublar.

Novruz günlərində kütləvi tədbirlər, o cümlədən açıq havada konsertlər Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Qeyd edək ki, bu günə qədər Tacikistanda koronavirusdan yoluxma halı qeydə alınmayıb. Lakin Qazaxıstan, Özbəkistan və Qırğızıstanda bu hal aşkarlanıb. Bununla belə, ölkə daxilində vətəndaşların hərəkətinə ciddi bir məhdudiyyət tətbiq edilməyib, məktəblər, universitetlər, təşkilatlar və ictimai iaşə müəssisələri işləyir. Taciklər və respublikaya gələn bəzi ölkələrin vətəndaşları seçilmiş şəkildə karantindədirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*