Emreli yenə yaşıl meydana çıxmayacaqbackend

Emreli yenə yaşıl meydana çıxmayacaq

Azərbaycan millisinin “Dinamo”da oynayan üzvü Mahir Emreli Zaqreb təmsilçisinin Xorvatiya çempionatının 2-ci turunda keçiriləcək “Slaven Belupo” ilə matçını da buraxacaq. 

KONKRET.az sportklub.hr-a istinadla xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Cacic danışıb.

O bildirib ki, Yosip Sutal, Kevin Teofil-Katerin ilə yanaşı, Mahir Emreli, Marko Bulat və Bosko Sutalo zədə səbəbindən oyunda iştirak etməyəcəklər.

Qeyd edək ki, Mahir Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şkupi” ilə (Şimali Makedoniya) ilk oyunu (2:2) da buraxmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*