“Ən azı 30 min Mariupol sakini zorla Rusiyaya aparılıb” – Geraşenkobackend

"Ən azı 30 min Mariupol sakini zorla Rusiyaya aparılıb" - Geraşenko

Rusiya ordusu tərəfindən ən azı 30 min Ukrayna vətəndaşı Mariupol şəhərindən zorla Rusiyaya aparılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.

Nazirin müşaviri qeyd edib ki, Ukrayna ordusunun nəzarəti bərpa etdiyi Kiyev vilayətində 1000-ə yaxın mülki şəxsin cəsədi tapılıb:

“Kiyev bölgəsində çoxlu sayda mülki vətəndaş həyatını itirdi. İtkin düşən yüzlərlə insan var. Bir aydır onlarla əlaqə saxlamaq mümkün deyil”.

Geraşenko bildirib ki, Rusiyanı ancaq güclü silahlarla dayandırmaq olar:

“Putini Donbasda məğlub etmək üçün hər şeyi edəcəyik. O, Kiyevi ələ keçirmək arzusunda idi. Xreşçatikdə hərbi paradın keçirilməsini istəyirdi, lakin bu arzuları baş tutmadı. Putini ancaq silahla dayandırmaq olar. Nə diplomatiya, nə də sanksiya ona mane ola bilməz”.

Bölgədə mülki insanlara qarşı zorakılıqlara görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını qeyd edən nazir müşaviri, “Ruslar vətəndaşlarımızı ayrı-seçkilik etmədən öldürdülər. Onlar mövqelərini görə bilən vətəndaşlarımızı da öldürdülər. Sırf bunun üçün adamları vurdular ki, harada olduqlarını deməsinlər. Bütün bunlar faşizm cinayətləri. Putin 21-ci əsrin Hitleridir” -deyə əlavə edib.

Həmçinin Geraşenko Rusiya ordusunun Mariupolu müdafiə edən ukraynalılara qarşı kimyəvi silahdan istifadə etdiyini də iddia edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*