Ən inanclı bürclər: Bəziləri dindar ailədə doğulsa da, ateist olur – ƏTRAFLIbackend

Ən inanclı bürclər: Bəziləri dindar ailədə doğulsa da, ateist olur - ƏTRAFLI

Bürclərin xasiyyətinə görə inanc səviyyələrini ayırd etmək olar. Bəziləri ibadət, kimlərsə fəlsəfə ilə rahatlıq tapır.

KONKRET.az bürclərin dini inanclarını araşdırıb:

Qoç

Bu bürclərin yarısı inanclı, bir o qədəri də ateistdir. Amma qəlblərinin dərinliyində əksəriyyəti Yaradana inanır.

Buğa

Çoxu özünü ateist kimi qələmə verir. Onlar daha çox öz gördükləri və sahib olduqları gücə inanırlar.

Əkizlər

Onların istiqamət müəyyənləşdirmək çətinlikləri var. Ona görə də müqəddəratları əbədi arzulardır. Tanrıya inanıb-inanmamaq ovqatlarından asılıdır.

Xərçəng

Bu bürcün inanc səviyyəsi pik həddə olur. Çünki onlar daha həssasdırlar və bu dünyadan ali nəyəsə inanmağa üstünlük verirlər.

Şir

Həyatları ərzində dini baxışlarını tez-tez dəyişə bilərlər. Şirlərdən çox az kəsim gerçək inanclı ola bilir.

Qız

Daimi tərəddüdləri bir yönü seçməyə qoymur. Öz düşüncələrində elmlə dini ayıran sərhədi tapmağa çalışırlar.

Tərəzi

Şübhə zənginliyi onları da müxtəlif cəbhələrə bölür. Dini məbədlərə nadir hallarda gedirlər. Lakin müqəddəs güc və möcüzəyə inandıqlarını deyirlər.

Əqrəb

Dini öz xeyirlərinə istifadə etməyi xoşlayırlar. Hətta din pərdəsi ilə mahir maskalanmaqları var.

Oxatan

Dindar ailədə doğulsa da, zamanla ateizmə keçirlər. Bu onlardakı eqoizm və həqiqət axtarışına çıxmamaqla əlaqədardır.

Oğlaq

Ən inanclı bürclərdir. Dinə inanclarının bir hissəsi kimi baxmır, öz prinsipləri ilə uyğunlaşdırırlar. İnamlarına sadiqdirlər.

Dolça

Dini görüşləri həmişə dəstəkləmirlər. Bəziləri hətta bunu avamlıq sayır. Lakin ehtiyac duyanda dua edir, evdə gizlətdiyi müqəddəs kitabları çıxardırlar.

Balıqlar

Həm din, həm də ateizmə eyni cür yanaşırlar. Lazım gələrsə, ibadət də edərlər. Xəyalən dünyanın müqəddəs varlıqlarının axtarışındadırlar.

Bürclərin başqa fərqli cəhətləri ilə bağlı məlumat da bölüşəcəyik. Sonda qeyd edək ki, bürclər ilinə görə də dəyişir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*