Endirimli məzarlar satılır – VİDEObackend

Endirimli məzarlar satılır - VİDEO

Türkiyənin Qida və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan sərgidə nümyaiş olunan endirimli məzarlar hər kəsin diqqətini çəkib.

KONKRET.AZ-ın Sputnik Azərbaycan-a istinadən verdiyi xəbərə görə, İbrahim Aktay adlı şəxs özünün hazırladığı endirimli məzarlarla diqqətləri cəlb edib.

Sərgidə nümayişə çıxarılan məzarların qiymətində isə ən azı 2 min türk lirəsinədək (600 manat) endirim olub. Belə ki, 11 min TL-dən (3 min 284 manat) baha satılan məzar 9 min 500 TL-ə (2 min 836 manat) təklif olunub.

Məzar daşı hazırlayan şəxs ailə məzarlıqlarının qiymətinin isə 72 min TL-dək (21 min 499 manat) olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*