Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Reabilitasiya Mərkəzindən evə buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
Qeyd edək ki, Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbi ilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Xalq artisti daha sonra Reabilitasiya Mərkəzində müalicəsinə davam edib.