Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi – FOTO backend

Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Qarabağın 30 illik işğaldan azad edilməsinin 6-cı ildönümü, dost və qardaş Azərbaycan xalqının Zəfər Günü münasibətilə ən səmimi duyğularımla təbriklərimi çatdırıram.

Bu böyük Zəfərin qazanılması uğrunda qanı və canı bahasına mübarizə aparan, Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımızı dərin ehtiram və rəhmətlə anıram”, – deyə paylaşımda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*