Ərdoğan: “Bölgəmizin qan və göz yaşına qərq olmasına icazə verməyəcəyik”backend

Ərdoğan: "Bölgəmizin qan və göz yaşına qərq olmasına icazə verməyəcəyik"

“ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb”.

KONKRET.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” qaz kəmərinin açılışı mərasimində deyib.

O bildirib ki, Türkiyə regionun hərbi əməliyyatlar zonasına çevrilməsini istəmir:

“Heç kimin öz maraqları uğruna bütün regionu yanğın bölgəsinə çevrimək ixtiyarı yoxdur. Biz əlimizdə olan bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına qərq olmasına icazə verməyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*