Ərdoğan: “İkinci Qarabağ müharibəsi həm də informasiya sahəsində gedirdi”backend

Ərdoğan: "İkinci Qarabağ müharibəsi həm də informasiya sahəsində gedirdi"

“Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və iftiralar Türk dövlətləri arasında media və informasiya sahəsində daha sıx əməkdaşlığın vacibliyini sübut etdi”.

KONKRET.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısının iştirakçılarına videomüraciətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsi sadəcə döyüş meydanında deyil, həm də informasiya sahəsində də gedirdi. Ərdoğanın sözlərinə görə, məhz bu, demokratik ölkələrdə 4-cü güc sayılan medianın necə bəlli dairələrin əlində təhrif alətinə çevirildiyinin göstəricisidir.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*